10 iyul 2026-cı il tarixdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Balakən şəhəri, Heydər Əliyev prospekti 54 ünvanında Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib