Masallıda vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib