UNECE-nin icraçı katibinin müavini ilə görüşdə SPECA çərçivəsində tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasinlə görüşüb.
Görüşdə Azərbaycan və BMT, eləcə də Komissiya arasında əməkdaşlığın dayanıqlı inkişafın təşviqində əhəmiyyəti vurğulanıb. UNECE-nin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində praktiki tərəfdaşlığın inkişafına verdiyi dəstək qeyd olunub.
Tərəflər SPECA üzrə əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə növbəti addımlar, SPECA Çoxtərəfli Etimad Fondunun fəaliyyəti, Fondun donor bazasının genişləndirilməsi və əlavə maliyyə resurslarının səfərbər edilməsi imkanlarını müzakirə ediblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib