Azərbaycanda investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konor Teski ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Brookfield Asset Management” arasında mövcud əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycanda investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
Enerji keçidi və enerji saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər istiqamətlərdə investisiya imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.
Görüşdə ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, beynəlxalq investorlarla əməkdaşlığın genişləndirilməsi və iri həcmli investisiya layihələrinin təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib