Azərbaycan məhsulları Ciddə şəhərində keçirilən “The Saudi Food Show 2026” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində “The Saudi Food Show 2026” sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.
Stenddə qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, qurudulmuş və təzə meyvələr, çərəzlər, alkoqolsuz içkilər, mineral sular, bal, eləcə də digər ərzaq məhsulları nümayiş olunur. Bundan başqa, stenddə iştirakçılara ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlərin fəaliyyəti barədə materiallar təqdim edilir.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur