Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində təşkil edilmiş Dünya Bankının nümayəndələri ilə görüşdə “FIN-GROW” layihəsi barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Dünya Bankının nümayəndələri ilə “FIN-GROW” layihəsinin müzakirəsinə dair görüş keçirib. Görüşdə Bankın təqdim etdiyi “FIN-GROW” layihəsinin əsas istiqamətləri və layihə çərçivəsində qismən kredit zəmanəti, kapital maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

“FIN-GROW” layihəsi maliyyə resurslarına çıxışın genişləndirilməsi, KOB-ların maliyyələşdirilməsi imkanlarının artırılması, ilkin mərhələdə kapital maliyyələşdirilməsinin inkişafı, eləcə də sahibkarlıq və innovasiya ekosisteminin dəstəklənməsinə yönəlib.