“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 26 noyabr 2021-ci il saat 14:30-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
İclasda İşçi qrupunun əvvəlki iclasında verilmiş tapşırıqlar, o cümlədən Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual və Vergi məcəllələrinə təklif edilən dəyişikliklərlə əlaqədar layihələr üzrə görülmüş işlər, qeyri-dövlət şirkətlərində korporativ standartların inkişaf etdirilməsi və maarifləndirilmə, səhmdar cəmiyyətlərin ümumi yığıncaqlarının distant formada təşkili ilə bağlı müzakirənin təşkili nəzərdə tutulur. Həmçinin, iclasın sonunda İşçi qrupunun 2022-ci ilin Fəaliyyət Planının ilkin versiyası ilə əlaqədar müzakirənin aparılması planlaşdırılır.
Biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ölkədə aparılan islahatlarda maraqlı olan hər kəsi, o cümlədən özəl sektor nümayəndələrini iclasda fəal iştirak etməyə və təkliflərini bildirməyə dəvət edirik.
“Rəqəmsal Təqvim”də yaradılan müvafiq səhifəyə keçid