Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün

MÜSABİQƏ ELAN EDİR

 

Mövzu: İqtisadi kooperasiya

Proqramın dili: İngilis dili

Xərclərin qarşılanması: İxtisasartırma kursunun xərcləri Almaniya tərəfindən qarşılanır

Proqram çərçivəsində nəzərdə tutulur:

  • Rəqəmsal və əyani tədris metodlarının tətbiqi ilə təlimlər
  • Almaniyada 2 həftəlik təlim proqramı
  • Qabaqcıl Almaniya şirkətlərinin təcrübəsi ilə tanışlıq
  • İşgüzar əlaqələrin qurulması
  • Proqramın 21 tərəfdaş ölkəsindən 15000-dən çox məzunu olan beynəlxalq biznes cəmiyyətinə qoşulma imkanı

Proqramın mərhələləri:

  • Hazırlıq mərhələsi (2 həftə virtual)
  • Tədris mərhələsi (6 həftə Azərbaycanda virtual, 2 həftə Almaniyada əyani)
  • Tətbiq mərhələsi (6-8 ay)

Namizədlər üçün tələblər:

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
  • Menecment sahəsində ən az 1 il iş təcrübəsi
  • Yaşı 45-dən çox olmamalı
  • Yaxşı səviyyədə ingilis dili
  • Yüksək ünsiyyət və təqdimetmə bacarıqları

Müsabiqənin keçirilməsi:

Müvafiq tələblərə cavab verən namizədlərlə GİZ-in mütəxəssislərinin iştirakı ilə onlayn müsabiqə keçiriləcək.

Müraciət qaydaları:

Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri 14 mart 2022-ci il tarixinədək ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

  • Müraciət forması (Application Form);
  • Fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement);
  • Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış;
  • Kooperasiya layihəsi (Cooperation project) (1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır);
  • 3x4 ölçüdə rəngli foto şəkil;
  • Namizəd tərəfindən imzalanmış sığorta sənədi (İnsurance Form);
  • Xarici pasportun surəti (yalnız şəxsi məlumatları özündə əks etdirən səhifə).

Ətraflı məlumat üçün:

(012) 404 04 01 / (055) 200 04 57, training@smb.gov.az (Məlahət Kazımova).

 

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.