İqtisadiyyat Nazirliyində gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, əmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən könüllü fəaliyyəti başa çatıb.
Üç aylıq könüllü fəaliyyəti dövründə bir qrup gənc Nazirliyin struktur bölmələrində müxtəlif tapşırıqları icra edib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, iş təcrübəsi qazanıblar.
Nazirlikdə könüllü fəaliyyətini başa vurmuş gənclərə sertifikatlar təqdim olunub.
Noyabr 18, 2026 15:55
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub