Peşə Təhsil Mərkəzinin tələbələri "Teknofest" texnologiya, elm, rəqabət festivalında iştirak edəcəklər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinin tələbələri iyul ayında Türkiyədə keçiriləcək "Teknofest" texnologiya, elm, rəqabət festivalında (Aviasiya, Kosmos və Texnologiya Festivalı) iştirak etmək hüququ qazanıblar.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək və bir milyondan çox iştirakçının qatılması gözlənilən yarışmada Peşə Təhsil Mərkəzini 2 istehsalat təlimi ustası və 13 nəfər tələbədən ibarət "Zəfər" komandası təmsil edəcək.

Peşə Təhsil Mərkəzi yarışmada Mərkəz tələbələri tərəfindən dizayn edilən və texniki göstəriciləri yarışma şərtlərinə uyğunlaşdırılan "Zəfər 44" elektrikli avtomobil ilə iştirak edəcək.

Qeyd edək ki, "Teknofest" texnologiya, elm, rəqabət festivalı 2018-ci ildən Türkiyədə təşkil edilir və tədbirin keçirilməsində məqsəd hər il texnologiyalar sahəsində yeni nailiyyətləri nümayiş etdirməkdir.