İqtisadiyyat Nazirliyi Nazirliyin Aparatında və digər qurumlarında könüllü fəaliyyətinə başlayır.
Qanuna müvafiq olaraq İqtisadiyyat Nazirliyində könüllü fəaliyyəti aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilər və ya öz CV-ni Nazirliyin inzibati binasına (Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 84) təqdim edə bilərlər.
Könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 1 avqust 2019-cu il tarixdən 1 sentyabr 2019-cu il tarixdə saat 1800-dək aparılacaq.
Könüllü fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur.
İqtisadiyyat Nazirliyi üzrə gündəlik olaraq 2 növbədə könüllü fəaliyyəti təşkil olunur. Növbələrin bölgüsü aşağıdakı kimidir:
İqtisadiyyat Nazirliyində könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Könüllülər ilə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Bu tələblərə uyğun namizədlərə üstünlük verilir: