İqtisadiyyat Nazirliyində iki ay müddətində çalışmış, sertifikat və xasiyyətnamə ilə təltif olunmuş fəal və seçilmiş könüllülərdən və Nazirliyin müvafiq şöbəsinin könüllülərə məsul olan şəxslərindən ibarət qrup hesab olunur. Daxil olan müraciətlərə baxılması və könüllülərin seçilməsi "Könüllü şurası" tərəfindən həyata keçirilir.
Könüllü Şurasının tərkibi:
Könüllü Şurasının sədri İnsan resursları şöbəsinin müdiridir.
Könüllü Şurasının katibi könüllü fəaliyyətinin təşkili üzrə məsul şəxs hesab edilir.
Könüllü Şurasının üzvləri - Şöbənin sektor müdirləri, könüllü fəaliyyətinin təşkili üzrə məsul şəxs və 2 ay müddətində çalışmış, sertifikat və xasiyyətnamə ilə təltif olunmuş fəal könüllülərdir.
Könüllü Şurasının səlahiyyətləri aşağıdakılardır:
könüllülərin fəaliyyətinə təsir göstərəcək qərarları birgə qəbul etmək; könüllülərlə fəaliyyətin təşkili qaydalarına əlavə və dəyişikliklər edilməsinə dair müzakirələr aparmaq; könüllülərin qiymətləndirilməsi nəticələrini müzakirə etmək.
Könüllü Şurasının vəzifələri:
könüllüləri dəstəkləyici və təhlükəsiz iş mühiti ilə təmin etmək;
könüllü fəaliyyətinin təşkilində lazımi dəstək göstərmək;
könüllülərin töhfələrinə görə onları mükafatlandırmaq.