İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Nazirlikdə könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 06 noyabr 2021-ci il tarixinədək davam edəcək.
Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər.
Nazirlikdə könüllü fəaliyyət müddəti 2 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.
Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: punhan.cafarov@economy.gov.az
Qeyd: Müraciət edən könüllülərin COVİD-19 pasportuna və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir.