Aprelin 21-də keçirilən hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar üçün yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliliyi isə alıcıya seçim imkanı verir.

Aprelin 21-də keçirilən növbəti hərracda özəlləşdirilən 20 nəqliyyat vasitəsinə ümumilikdə 50 sifariş qəbul edilib. Hərracda satılan avtomobillər Amerika istehsalıdır və onların buraxılış tarixi 2013-cü ildir. Budəfəki hərracda satılmış nəqliyyat vasitələri üzrə 112.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/38cy0WA)  

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərrac aprelin 26-da keçiriləcək.