İqtisadiyyat Nazirliyində 2021-ci ildə təşkil edilmiş "Uğur yolu" müsabiqəsinin qalibləri "PwC" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və idarəedici partnyoru olan Mövlan Paşayevlə görüşüblər. Mövlan Paşayev dünyada peşəkar audit, vergi, hüquq və məsləhət xidmətləri göstərən ən böyük şəbəkələrdən olan "PwC" şirkətinin fəaliyyəti barədə məlumat verib, idarəçilik təcrübəsini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.
Görüşdə İqtisadiyyat Nazirliyində keçirilən "Uğur yolu" karyera inkişafı proqramı, müsabiqənin əhəmiyyəti, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasında, karyera inkişafında yaratdığı imkanlardan bəhs edilib.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur