Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda davam etdirilir. 11 may tarixində keçirilmiş növbəti belə tədbir Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən “Rahat Həyat” və “Bağçalıevlər” MTK-ları tərəfindən inşa edilmiş yaşayış binalarını əhatə edib. Bu yaşayış komplekslərində 7000-dən artıq mənzil mövcuddur.
Qurum tərəfindən qeyd edilən ünvanda mobil ofislər vasitəsilə ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub. Qanunvericiliklə müəyyən olunmuş müddətdə sakinlərə mülkiyyət sənədləri təqdim ediləcək. Qeyd edək ki, səyyar qəbul günü mobil ofislərə müraciət edə bilməyən sakinlər çıxarış əldə etmək üçün sənədlərini ərazi qeydiyyat idarəsinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim edə bilərlər.
Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə, vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.
Səyyar xidmət zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib, vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı sualları cavablandırılıb.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ölkə üzrə müxtəlif şəhər və rayonlarda səyyar qeydiyyat xidmətlərinin göstərilməsi davam etdiriləcək.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib