Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin “Bulutistan” şirkəti arasında görüş keçirilib. Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonra 4SİM və “Bulutistan” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqini stimullaşdırmaq, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, bulud xidmətlərindən istifadəni təşviq etmək məqsədilə birgə layihələrin reallaşdırılması və dəstəklənməsidir.
Qeyd: 2015-ci ildə təsis edilən “Bulutistan” şirkəti İT xidmətlərinin ixracını artırmağa yönəlmiş bulud hesablama platforması kimi özəl sektorla yanaşı dövlət qurumlarına da bulud xidmətləri təqdim edir.
“Bulutistan” şirkəti “Deloitte Technology Fast 50 Turkey 2019” Proqramı tərəfindən Türkiyədə ən sürətli böyüyən texnologiya şirkəti seçilib.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib