Cari il 14 may tarixində iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səngəçal terminalına səfər edib.
Səfər neft və qazın qəbulu, texnoloji emalı və ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.
Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
Sonra Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz texnoloji qurğular ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və digər obyektlərə tur təşkil edilib.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib