İqtisadiyyat Nazirliyində təşkil olunan "Uğur yolu" karyera inkişafı proqramına qeydiyyat davam edir. Elan olunduğu gündən ümumilikdə 835 əməkdaş müsabiqədə iştirak üçün qeydiyyatdan keçib. Müsabiqədə iştirak üçün qeydiyyat 4 iyun 2022-ci il tarixinədək davam edəcək. Karyera inkişafı proqramına İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan bütün ali təhsilli əməkdaşlar qoşula bilər.
Müsabiqə qeydiyyat, test imtahanları, yarımfinal, finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək. İqtisadiyyat Nazirliyinin müsabiqədə iştirak etmək istəyən əməkdaşları "Uğur yolu" karyera inkişafı proqramının rəsmi internet saytında (www.uguryol.az) səxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilər.
Seçim mərhələlərini uğurla keçərək müsabiqədə qalib gələn iştirakçılar müvafiq inkişaf proqramına cəlb olunacaq. İnkişaf proqramına müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramı daxildir.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib