İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən dövlət qurumlarının və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Biznes forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.
İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrena Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də aqrar sektorda həyata keçirilən layihələrə maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş potensialı diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın investisiya mühiti barədə təqdimat olub, iş adamları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq münasibətlərinin qurulması barədə müzakirələr aparılıb.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib