İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Yerlan Baidaulet ilə görüşüb.
Bildirilib ki, ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.
Görüşdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynadığı diqqətə çatdırılıb, ölkəmizin Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına üzvlüyü, həmçinin Təşkilatın 10 illik strategiyası, Ərzaq Təhlükəsizliyi Deklarasiyası və “Grain Fund” (taxıl fondu) barədə fikir mübadiləsi aparılıb.