İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Uğur yolu” karyera inkişafı proqramının qalibi Nicat İsaqov ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.
Nazir müavini İqtisadiyyat Nazirliyinin kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” karyera inkişafı proqramının əhəmiyyətindən danışıb, iştirakçı ilə şəxsi inkişaf və idarəçilik təcrübəsini bölüşüb, qarşıdakı dövrdə onun liderlik və peşəkar bacarıqlarının artırılması üçün atılacaq zəruri addımları qeyd edib.
Nicat İsaqov mentorluq proqramı üçün təşəkkürünü bildirib, qazandığı təcrübənin özünün idarəetmə bacarıqlarının inkişafında önəmli olduğunu vurğulayıb.
Görüşdə kadr potensialının düzgün idarə edilməsi, iş mühitində səmərəliliyin artırılması, təhliletmə və qərarvermə bacarıqları ilə bağlı yanaşmalar müzakirə edilib, suallar cavablandırılıb.
Qeyd edək ki, mentorluq proqramı “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı üçün tətbiq edilir, İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüşlərin, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib