İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Vestas Northern & Central Europe” şirkətinin MDB, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə kommersiya direktoru İqor Nus ilə görüşüb.
Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib, təbii ehtiyatların idarə edilməsi və səmərəli istifadəsi, alternativ və bərpa olunan enerji sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi imkanları diqqətə çatdırılıb.
Tərəflər Azərbaycanda külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Danimarkanın Vestas şirkəti indiyədək dünyanın 85 ölkəsində külək enerjisi, alternativ və bərpa olunan enerji, davamlı enerji həllərinin inkişafı və tətbiqi sahəsində layihələr icra edib.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib