İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı təltif olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir qrup dövlət qulluqçusu orden və medallarla təltif olunub. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunanlar sırasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var. Dövlət qulluqçularının əməyinə verdiyi yüksək qiymətə görə dövlət başçımıza minnətdarlığımızı bildirir, təltif olunan həmkarlarımızı təbrik edirik.