İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş mini-futbol çempionatı başa çatıb.
Mayın 14-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edirdi.
İyunun 25-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. 2-ci yerin sahibi KOBİA, 3-cü yerin sahibi isə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı komandaları olub.
Çempionatda fərqlənən idmançılara və komandalara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib