İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC-nin dəstəyi ilə Sənaye Parkının rezidentləri üçün “Sənaye müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində keçirilən təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin və digər qurumlarının əməkdaşları cəlb edilib.
Canlı qüvvələrin və xüsusi təyinatlı texnikaların cəlb olunduğu təlimdə şərti yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.
Sonda təlimdə iştirak edən sənaye müəssisələrinin əməkdaşları üçün yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, sənaye müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib