İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi Türkiyədə keçiriləcək “Texnofest (Teknofest)” aviasiya, kosmos və texnologiya festivalının final mərhələsinə vəsiqə qazanıb. Belə ki, Peşə Təhsil Mərkəzi “Effieciency challenge elektrik avtomobili” yarışmasında iştirak etmək üçün müraciət etmiş, I və II seçim mərhələlərini uğurla keçərək yarışmanın final mərhələsində iştirak etmək hüququ əldə edib.
Yarışda Mərkəzi təhsil müəssisəsinin 6 tələbə və 2 istehsalat təlimi ustasından ibarət “ZƏFƏR” komandası təmsil edəcək. Komanda üzvləri tərəfindən hazırlanmış “Buta” elektrik avtomobili festival iştirakçılarına nümayiş etdiriləcək.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib