İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “STP” MMC Azərbaycanda ilk dəfə olaraq dizel generatorlarının istehsalına başlayıb.
Şirkət tərəfindən ilkin olaraq iki model - 27,5 kVA və 55 kVA dizel generatorları istehsal edilir. Yaxın vaxtlarda modellərin sayının artırılması nəzərdə tutulur. Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır.
Qeyd edək ki, “STP” MMC-yə 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. İnvestisiya dəyəri 673 milyon ABŞ dolları olan müəssisədə 2300 nəfərdən artıq insan daimi işlə təmin edilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib