Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçiriləcək “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışmasına dair

ELAN

 

09-11 sentyabr 2022-ci il  tarixlərində Bakı Ali Neft Məktəbində SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək.

Məqsəd: Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.

 Kateqoriyalar:

  • Enerji və əşyaların interneti;
  • Enerji və süni intellekt;
  • Enerji və rəqəmsal iqtisadiyyat.

Mükafat fondu: 11 000 manat

  • 1-ci yer 5000 manat;
  • 2-ci yer 3000 manat;
  • 3-cü yer 2000 manat;
  • 2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə).

Qeydiyyat üzrə son tarix: 20 avqust 2022-ci il

Hakatonda iştirak üçün şərtlər:

  • Yaş: 18-40
  • İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər;
  • Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;
  • Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;
  • Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər;
  • İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar;
  • İştirakçılardan COVİD-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.

Müraciət forması:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeH6E_x_cCvxCik2ghdJ0wIWoS53WdiVbUngvhAiHEQvB4ZHg/viewform?usp=sf_link

Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.