İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
Görüşdə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Mikayıl Cabbarov qeyd edib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, qeyri-neft ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.
Görüşdə Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Türkiyənin ticarət naziri Mehmet Muş ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.
Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin rəqəmsallaşdırılması və artırılmasını müzakirə ediblər.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib