Müəssisə və təşkilatlarda idarəetmə sistemini daim nəzarətdə saxlamaq, onun effektivliyinin qiymətləndirilməsi və artırılması məqsədilə beynəlxalq standart əsasında AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən təqdim edilən standart layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standart audit proqramının idarə edilməsi və idarəetmə sisteminin auditinin keçirilməsi üzrə təlimatları və prosedurları müəyyən edir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib