Avqustun 25-də “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.
Regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirilən tədbirdə ekspertlərin məruzələri dinlənilib, sahə üzrə çağırışlar, potensial əməkdaşlığın formalalaşdırılması və digər məsələlər müzakirə olunub, təqdimatlar keçirilib və mövzu üzrə suallar cavablandırılıb. Tədbir iştirakçıları “İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşan startaplarla panel müzakirələrində iştirak edib, gənclərlə müvafiq sahədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 22-26 avqust tarixlərində keçirilən “İdeyadan biznesə” düşərgəsi “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə icra edilən “Yay Fest“ layihəsi çərçivəsində təşkil edilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib