Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bu məqsədlə Fond tərəfindən 10 min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə məlumat verilib. Qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməməsidir. Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu forma sahibkarın müraciəti əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) tərəfindən doldurulacaq və sahibkar tərəfindən müvəkkil kredit təşkilatına təqdim ediləcəkdir. KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Oktyabr 30, 2026 16:19
Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası keçirilib
Oktyabr 26, 2026 11:39
Birləşmiş Krallıqda iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub