İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin nəzdində Milli Texnologiyalar Baş İdarəsinin direktoru Zekeriya Çoştu ilə 4SİM və Milli Texnologiyalar Baş İdarəsi arasında Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində əməkdaşlıq imkanları, həmçinin ağıllı sənaye və model zavodların tətbiqinə dair müzakirələr aparıb.
Görüş Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” festivalı çərçivəsində keçirilib.