İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının ingilis dili versiyası istifadəyə verilib

Bu gündən etibarən “Telegram” platformasında İqtisadiyyat Nazirliyinin kanalının ingilis dili versiyası istifadəyə verilib - “Economy of Azerbaijan” (https://t.me/economy_azen).

Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyinin “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” (https://t.me/economy_az) və "Экономика Азербайджана" (https://t.me/economy_azru) kanalları fəaliyyət göstərir.

Azərbaycan və rus dillərində yayımlanan kanallarda olduğu kimi, burada da Nazirliyin fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, həmçinin region və dünya iqtisadiyyatını əhatə edən mövzular işıqlandırılacaq.

İqtisadiyyat Nazirliyinin kanallarına abunə üçün mobil telefonlarda və ya kompüterlərdə “Telegram” tətbiqindən və ya veb-versiyadan istifadə etmək olar.