İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında enerji, ticarət, qarşılıqlı investisiyalar, startaplar, biznes missiyaların təşkili və s. sahələrdə, həmçinin Tvinninq layihələri çərçivəsində əlaqələr vuğulanıb, tərəfdaşlığın genişləndirilməsi persperktivləri qeyd edilib. Bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Polşanın müvafiq qurumları arasında əlaqələrin qurulması, iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkili, nəqliyyat-tranzit, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Polşa şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib