İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Yarımfinal mərhələsində iştirak edən 221 namizəddən 47 nəfəri finalda iştirak imkanı qazanıb.
Yarımfinal mərhələsində iştirakçıların bilik və bacarıqları onlayn formatda müxtəlif tapşırıqlar əsasında qiymətləndirilib. Müsabiqədə uğur qazanan iştirakçılar arasında İqtisadiyyat Nazirliyinin Aparatı və regional bölmələrində, Dövlət Vergi Xidmətində, Əmlak Məsələləri Dövlət Xidmətində, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində, Sahibkarlığın İnkişafı Fondunda, İqtisadi Elmi Tədqiqat İnstitutunda çalışan əməkdaşlar var.
Müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb ediləcək. Proqrama müxtəlif təlimlər, kouçinq sessiyaları, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramı və görüşlər daxildir.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib