İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Ryazan vilayəti ilə işgüzar münasibətlər mövcuddur. Bununla belə, sənaye, ticarət, informasiya texnologiyaları, investisiya, turizm, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar vardır.
Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
Sonra Ryazan vilayəti Hökümətinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Ryazan şirkətlərinin məhsullarından ibarət “şou-rum”un açılışı olub.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib