İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Tədbirdə əmlak idarəçiliyi üzrə məsələlər, İctimai Şuranın fəaliyyət istiqamətləri və ictimai iştirakçılıq prosesinə verə biləcəyi töhfələr müzakirə edilib.
Dövlət Xidmətinin rəisi Mətin Eynullayev İctimai Şura ilə əməkdaşlığın vacibliyini vurğulayıb, daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, kadastr uçot işləri və digər sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bununla yanaşı, Xidmət rəisi işğaldan azad olunmuş ərazilərdə aparılan inventarlaşdırma işləri və yaradılan vahid informasiya paltforması barədə İctimai Şuranın üzvlərini məlumatlandırıb. Görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının müəyyən edilmiş formada iştirakı, ictimai məsləhətləşmələr və ictimai rəyin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, xidmətlərə olan əlçatanlığın yüksəldilməsi, operativliyin və şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin olunması baxımından Dövlət Xidməti ictimai məsləhətləşmələrə önəm verir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İctimai Şuranın sədri Ədalət Muradov cəmiyyətlə sağlam dialoqun genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi baxımından görüşün faydalı olacağını qeyd edib.
Görüşdə Dövlət Xidməti ilə İctimai Şura arasında kommunikasiyanın təşkili barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib