İqtisadiyyat Nazirliyi tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların media sahəsində çalışan mütəxəssisləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Belə təlimlərdən biri “Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda təşkil edilib.
Təlimdə böhran vəziyyətində kommunikasiyanın qurulması və kommunikasiya alətlərindən düzgün istifadə, böhran vəziyyətinin idarə edilməsi üçün tələb olunan şərtlər diqqətə çatdırılıb. Əməkdaşlara praktiki tapşırıqlar verilib və onlar şərti qruplar yaradaraq böhran vəziyyətindən çıxmaq üçün ssenarilər təqdim ediblər.
Tədbirin sonunda suallar cavablandırılıb və təkliflər müzakirə edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib