İqtisadiyyat Nazirliyində şəhidlərimizin xatirəsi ehtiramla anılıb

İqtisadiyyat Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.

27 sentyabr – Anım Günü ilə əlaqədar əşkil olunmuş tədbirdə ərazi bütövlüyümüz uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən Müharibəsinə həsr edilmiş film nümayiş olunub.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!