Oktyabrın 18-də keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 18-də növbəti hərrac keçirilib. Hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib.

Satılan avtomobillər əsasən Amerika istehsalıdır və buraxılış tarixi 1999-2013 illər arasında dəyişir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32Q6KG )  

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərrac 25 oktyabr tarixində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.