19 oktyabr tarixində işinə başlayan 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) öz stendi ilə təmsil olunur. Stenddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzərində qurulan həllər, həmçinin 4SİM-in tərəfdaşı olan Türkiyənin “KoçDigital” şirkəti ilə birlikdə rəqəmsal mədənçilik, “ağıllı” kənd təssərüfatı, səhiyyə sahəsində tətbiqlər təqdim olunur.
Noyabr 18, 2026 15:55
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub