2022-ci ilin yanvar-sentyabr ayı ərzində 269 mindən çoxu canlı rejimdə, bir hissəsi isə səsli menyu vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə 378712 müraciət daxil olub.
Müraciətlər əsasən vergi ödəyicilərinin uçotu, istehlakçı hüquqları, sahibkarlıq, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə aid digər sahələri əhatə edib və qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.
Qeyd edək ki, 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.