SİF-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Əsəd Qurbanzadə ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüşüb.

Görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qalibin müsabiqə barədə təəssüratları, maraq dairəsini əhatə edən mövzular öyrənilib və mövcud potensialının inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.