“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planı çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşları və könüllülər iştirak ediblər.