İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ömürboyu öyrənmə və müasir bacarıqlar mövzusunda tədbir təşkil olunub.
İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şabran rayonunda 8-ci “DİM Dialoqu” təşəbbüsü çərçivəsində xüsusi sessiya keçirilib.
“DİM 4: Ömürboyu öyrənmə, hər kəs üçün imkanlar, gələcək üçün bacarıqlar” mövzusunda keçirilən sessiyanın məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədinə – “Keyfiyyətli təhsil”ə uyğun olaraq ömürboyu öyrənmə və bacarıqların inkişafını təşviq etmək olub.
Tədbirdə inkişafın idarə olunmasında strateji yanaşmanın, dövlət siyasətinin məqsədyönlü planlaşdırılmasının və nəticəyönümlü idarəetmənin əhəmiyyəti vurğulanıb. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasında koordinasiyanın, səmərəli qərarvermənin və institusional potensialın gücləndirilməsinin rolu qey edilib. Bildirilib ki, 2030-cu ildən sonrakı inkişaf gündəliyinin formalaşdırılmasında qlobal çağırışlara uyğunlaşma, inklüziv inkişaf və uzunmüddətli dayanıqlılıq kimi faktorlar daha çox önəm daşıyacaq.
Sessiya çərçivəsində inkişafyönümlü düşüncə, gələcəyin peşələri və süni intellekt dövründə məlumatlara əsaslanan qərarvermə mövzularında çıxışlar olub. Həmçinin iştirakçılar üçün komanda tapşırıqları təşkil olunub. Praktik tapşırıqlar və qrup işləri vasitəsilə əməkdaşların bilik və bacarıqlarının inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və komanda ruhunun gücləndirilməsinə diqqət yetirilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib