Ağdamda vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağdam şəhərində vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi və digər məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, onların sorğu xarakterli müraciətlərinə əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Ağdama səfər çərçivəsində Ağdam Sənaye Parkında rezidentlərlə də görüş keçirilib, sahibkarların həyata keçirdikləri layihələrlə tanışlıq olub, onları maraqlandıran məsələlər müzakirə edilib.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur