ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 3 noyabr 1961-ci ildə yaradılmışdır. Baş ofisi ABŞ-ın Vaşinqton K.D.-də yerləşir. USAID-in Administratoru vəzifəsini hal-hazırda xanım Samanta Pauer həyata keçirir. USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir.

Təşkilat əsasən yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlərlə bağlı əməkdaşlıq sahələrində fəaliyyət göstərir. USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır. Təşkilatın Azərbaycan Nümayəndəliyinin rəhbəri Maykl Nirbasdır.

USAID 2009-cu ilin 7 aprel tarixində imzalanmış “Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu”na əsasən Azərbaycan Hökuməti ilə müştərək 2 layihə həyata keçirilir. Həmçinin özəl sektor USAID tərəfindən həyata keçirilən bir sıra layihələrin benefisiarı qismində çıxış edir.

 

USAID tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

 

1

 

Özəl sektorun inkişafı

Benefisiarlar: Kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları, sənaye assosiasiyaları, dövlət orqanları

Müddət: 2019-2024

 

2

Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2013-2024