Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir. GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru xanım Karin Hörhandır.

Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən idarəetmə və iqtisadi inkişaf, peşə təhsili, enerji və ətraf mühit istiqamətlərini əhatə edən 7 layihə icra edilir.

 

GIZ tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

 

1

Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı

Benefisiarlar: Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

Müddəti: 2020-2023

2

Menecerlərin Təlimi Proqramı

Benefisiar: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Müddəti: 2009-2023

 

 

3

Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə

Benefisiarlar: Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi, Asan Xidmət

Müddəti: 2020-2023

 

4

Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə olunması və ekosistem xidmətlərinin qorunması

Benefisiarlar: Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

Müddəti: 2018-2023

 

5

Cənubi Qafqazda məcburi köçkünləri və əhalinin həssas təbəqəsinin iqtisadi inteqrasiyası layihəsi

Benefisiarlar: Dövlət Məşğulluq Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Müddəti: 2018-2023

6

Dövlət əmlakının idarə olunmasına dair məsləhət xidməti

Benefisiar: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

Müddəti: 2019-2023

7

Cənubi Qafqazda dayanıqlı şəhər mobilliyi (Mobility4Cities)

Benefisiar: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Müddəti: 2020-2023